İki komponentli, epoksi qətran əsaslı antikorroziv həm də kimyəvi maddələrə yüksək dayanıqlı astar qat boyadır. Atmosfer təsirlərinə dayanıqlıdır, yüksək adgeziyaya malikdir, tətbiq edilən səthin yüksək dərəcədə təmizlənməsi tələb olunmur, aşağı tempraturlara tətbiq edilmə özəlliyinə malikdir.
Nəzəri sərf norması: 4,16 m²/litr (qalınlıq 150 mikron olduqda).
Gəmi təmiri və tikintisində gəmilərin su altı və su üstü hissələrində antikorroziv boya kimi tətbiq olunur. Kontrollu katodik mühafizə ilə birgə istifadə edilməsi uyğundur.